Yamal Ronaldunu qabaqladıbackend

Yamal Ronaldunu qabaqladı

“Barselona” futbol klubunun vingeri Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə “Real Madrid”in sabiq hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb.

KONKRET.az xchampionat.com-a istinadən xəbər verir ki, L.Yamal aprel ayında dördüncü dəfə Primeranın ən yaxşı futbolçusu seçilib, K.Ronaldu isə bu mükafatı karyerası ərzində üç dəfə qazanıb.

L.Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2026-cı ilin aprelində La Liqanın ən yaxşısı seçilib. K.Ronaldu isə sözügedən mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin mayında və 2017-ci ilin mayında əldə edib.

Qeyd edək ki, La Liqada ayın ən yaxşı futbolçusu mükafatı 2013-cü ildən təsis edilib. K.Ronaldu 2009-2018-ci illərdə “Real Madrid”in şərəfini qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*