İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Nəbatiyyə əyalətində şiə təşkilatı “Hizbullah”a məxsus hərbi hədəflərə raket zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat verib.
Qeyd olunub ki, Əli-Taher yüksəkliklərinə və Zutar əl-Şərqiyyə kəndinin kənarlarına hava hücumları həyata keçirilib. Hava hücumlarının nəticələri barədə heç bir məlumat verilməyib.
Xatırladaq ki, hücumlar İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livandakı “Hizbullah” hədəflərinə qarşı güclü zərbələr endirməyi əmr etdikdən sonra başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Livanın cənubunda atəşkəs qüvvəyə minən 17 apreldən bəri İsrail qüvvələri atəşkəsi 200 dəfədən çox pozub. “Hizbullah”dan olan silahlılar İsrail ərazisinə doqquz dəfə raket və dron ataraq cavab veriblər.
