Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil 1969-cü il təvəllüdlü Camal Məmmədovu yolun qarşı tərəfinə keçmək istəyən zaman vurub.
O aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.