Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsindəki binalardan birində yaşayan Emilbəy Kazımzadə naməlum şəxsin evinə gələrək həyat yoldaşına hücum etdiyini bildirir.
KONKRET.az xəbər verir ki, E.Kazımzadə ötən gün saat 15:05 radələrində təxminən 65 yaşlı kişinin mənzilin qapısının açıq olmasından istifadə edərək evə soxulduğunu deyib: “Mən bərbərə getmişdim və qapını açarla bağlamadığım üçün 65 yaşlarında bir şəxs girərək hamilə olan yoldaşıma hücum edib. Yoldaşım qorxaraq onu itələyib və evden bayıra atıb. Bu zaman tanımadığımız şəxs yıxılıb, başının arxa hissəsi yerə dəyib”.
