Xaçmazda intihar hadisəsi baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə iyunun 24-də axşam saatlarında rayonun Qusarçay kəndi ərazisində baş verib. Kənd sakini 1954-cü il təvəllüdlü Yusifov Şahbaba Məmmədşah oğlu ülgüclə qol nahiyyəsindəki damarları kəsərək intihar edib.Yaralı hadisə yerində dünyasını dəyişib. Meyit məhkəmə tibbi ekspertizası tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Cəlal Fərzəliyev,
Konkret.az
