7NEWS.az saytı 9 yaşını QEYD EDİRbackend

7NEWS.az saytı 9 yaşını QEYD EDİR

Bu gün 7NEWS.az saytı 9 yaşını qeyd edir.

KONKRET.az xəbər verir ki, 7NEWS.az portalı 2014-cü il mayın 20-də fəaliyyətə başlayıb və 2015-ci ildən MMC kimi qeydiyyatdan keçib.

7NEWS.az müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

“The Seven Media Group”a aid olan saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Həmçinin, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

7NEWS.az xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Beynəlxalq sayğac sistemi olan “Google Analytics”ə görə, portala hər ay 2 milyon oxucu daxil olur. Saytın gündəlik 20 mindən çox izləyicisi var. Bundan başqa 7NEWS.az-ın sosial şəbəkələrdə hesabları mövcuddur.

Məlumat üçün qeyd edək ki, saytın baş redaktoru 2004-cü ildən mətbuatda imzası olan internet-media eksperti Səbuhi Abbasovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*