A.Mkrtçyan: “Torpaq o torpaqda yaşayan və onu qoruyanındır”backend

A.Mkrtçyan: “Torpaq o torpaqda yaşayan və onu qoruyanındır"

Artur Mkrtçyan

Azərbaycan üzərində tam qələbəni təmin etmək üçün Dağlıq Qarabağda və digər  işğal edilmiş ərazilərdə köçürülmə strategiyasının əsas təşəbbüskarı Artur Mkrtçyan həmişə vurğulayırdı ki, köçürülmə prosesi dayandığı halda ermənilərin fəlakəti başlaya bilər. “KONKRET” Beynəlxalq Araşdırmalar Qrupunun əldə etdiyi məlumata görə, hazırda ermənilərin Laçın, Zəngilan və digər işğal edilmiş ərazilərdə yaratdığı Kaşatağ rayon inzibati bölgəsində köçürülmə prosesində ciddi passivlik hökm sürür. Belə ki, Anna Qalustyanın əlimizə keçən hesabatında xüsusi olaraq vurğulanır ki, köçürülmədə əvvəlki illərin aktiv inkişaf kursu yoxdur. Çünki bu strategiyanın həyata keçirilməsinə əsas maneə boş ərazilərdə mənzil fondunun yaradılmamasıdır. Separatçı rejim, o cümlədən Kaşatağ vilayətinin rəhbərliyinə problemin həlli üçün planlar təqdim edilib. Həmin planlara görə, mənzil fondu üçün beynəlxalq donorlardan, böyük imkanları olan erməni banklarından ən aşağı faizlə uzunmüddətli kreditlər nəzərdə tutulmalıdır.

Qeyd edək ki, Artur Mkrtçyanın xüsusi hazırladığı ideologiyaya görə, Azərbaycan üzərində hərbi qələbənin tam təmin olunması üçün ən ideal mexanizm böyükmiqyaslı köçürülmənin aparılması və bunun davamlı olmasıdır.

Məlumt üçün bildirək ki, Dağlıq Qarabağa və Azərbaycanın işğal edilmiş digər ərazilərinə köçürülmə 1993-cü ilin sonu və 1994-cü illərin əvvəllərində başlayıb. Başlanğıcda layihəyə Azərbaycandan qaçqın düşən, aktiv kənd təsərrüfatı ilə məğul olan erməni ailələri cəlb edilib. Politoloq Edqar Elbakyan bildirir ki, Ermənistanın müxtəlif bölgələrindən də bu bölgələrə axın nəzərə çarpacaq dərəcədə artıb.

Laçın rayonuna köçürülmə prosesi daha sürətlə getməyə başlayıb.

Bütün bu köçürülməyə məsuliyyət daşıyan Robert Matevosyanın sözlərinə görə, bölgənin yaradılması ilə bağlı siyasi qərar Artur Mkrtçyanın ideloji dəst-xəttilə 1990-cı illərdə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilib. 1992-ci ildə Paruyr Hayrikyanın rəhbərliyi ilə Laçın bölgəsində Kaşatağ adlı qaçqınlar üçün məskunlaşma yerlərinin yaradılmasına başlanıb.

1994-cü ilin aprel-may aylarından bölgəyə insanların axını aktivləşib. Qaçqınların ilk qrupu Getaşen, Martunashen və digər erməni məskunlaşmış ərazilərindən gələn qaçqınlar olub.

İkinci qrupda Gümri, Vanadzor, Çarentsavan sakinləri Dağlıq Qarabağda boş qalmış kəndlərə köçürülüb.

Bu gün sakinlərin ərazidə məskunlaşması, əkinçiliklə məşğul olması və maldarlığı üçün əlverişli şərait yaradılıb. 25 il ərzində məskunlaşanlar artıq torpaqları özəlləşdirə biliblər. Məskunlaşan ailələrin istifadə etdiyi elektrik enerjisi dövlət tərəfindən tam olaraq subsidiya verilib və indi müəyyən sabit subsidiyalar da mövcuddur.

Hazırda Kaşatağda təxminən 100 kənd və 4 şəhər qurulub. Nisbətən daha çox əhalisi olan ən fəal kəndlər arasında İşxanadzor, Tsaqxaberd, Yeritsvank, Tigranavan və Moshatax var. Üç şəhərə – Kovsakan (bu günki Zangilan), Berdzor (Laçın) və Mijnavana həm Ermənistandan, həm də diaspor xətti ilə köçürmə fəaliyyətini davam etdiriblər. 2008-ci ildə Suriyadakı müharibə səbəbiylə ilk Suriya-ermənilər Kaşatağa köçüb. Suriya və Livandan Kaşatağa ümumiyyətlə, 35 ailə köçüb. Yaxınlıqdakı hərbi hissələrdə əsgərlərin əksəriyyəti bu ailələrlə birlikdə yaşayır.

1992-2018-ci illər ərzində bölgənin köçürülməsi prosesi daha aktiv və sabit olub. Bunun nəticəsində təxminən 14500 əhalisi olan Kaşatağ bölgəsinin ümumi yaşayış sahəsi 3376,6 km2-dir.

Ermənilərin Kəlbəcər rayonu ərazisində yaratdıqları Şahumyan bölgəsinin inzibati mərkəzi və ən böyük şəhəriisə  Karvaçardır. Bu bölgəyə köçürülmə prosesi 20-ci əsrin sonlarında başlayıb.

Köçürülmənin əsas təşəbbüskarı deputat Tiqran Kyureqyan olub. Əvvəlcə əsas köçürmə bölgənin 6 kəndində baş tutub. 1998-ci ilin fevral-mart aylarında Karvaçarda mənzil tikintisi başlasa da, bu gün tikinti sahəsində durğunluq yaranıb.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*