ABŞ-da atışma: ölən və xəsarət alanlar varbackend

ABŞ-da növbəti atışma: ölən və xəsarət alanlar var

ABŞ-ın Missuri ştatının Kennett şəhərində atışma olub.

KONKRET.az xəbər verir ki, bu barədə KAİT-TV telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, atışma zamanı 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

Əraziyə gələn polis əməkdaşları hadisə yerində beş nəfərin yaralandığını görüb. Onlardan biri sonradan ölüb. Digər yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Telekanal bildirib ki, atışma ilə bağlı hər hansı şübhəli şəxs saxlanılmayıb. Təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*