ABŞ-da məhbus ilk dəfə bu üsulla EDAM EDİLƏCƏKbackend

ABŞ-da məhbus ilk dəfə bu üsulla EDAM EDİLƏCƏK

ABŞ-ın Alabama ştatında məhbusu ilk dəfə təmiz azotla nəfəs almağa məcbur edərək edam etmək istəyirlər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, baş prokurorluq yerli ali məhkəmədən Kennet Yucina Smitin edamı üçün vaxt təyin etməyi xahiş edib.

Məlumata görə, keçən il ona öldürücü iynə vura bilmədiklərinə görə edam olunmayıb.

Qeyd olunub ki, onu azot hipoksiyası ilə edam etməyi planlaşdırırlar.

Belə ki, edam zamanı məhbus oksigendən məhrum edilərək yalnız azotla nəfəs almağa icazə verilir.

Bu cür edama Oklahoma, Missisipi və Alabama ştatlarında icazə verilir.

Lakin bu üsul heç vaxt tətbiq olunmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*