ABŞ ən güclü nüvə bombasını silahlanmadan ÇIXARIRbackend

ABŞ ən güclü nüvə bombasını silahlanmadan ÇIXARIR

ABŞ ən güclü atom döyüş başlığı olan “B83-1” qravitasiya bombasını silahlanmadan çıxarır.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Müdafiə Strategiyasında deyilir.

Pentaqon bunu meqaton bombanın yüksək texniki xidmət xərcləri, eləcə də potensialının məhdudluğu ilə izah edib.

Strategiyada deyilir: “B83-1 qravitasiya bombası potensialının məhdudluğu və saxlanması xərclərinin artması səbəbindən xidmətdən çıxarılacaq”.

Bundan əlavə, Pentaqon dənizdən buraxılan nüvə qanadlı raketinin istehsalı proqramından da imtina edəcək.

Sənəddə deyilir ki, ABŞ bərkimiş və ağır basdırılmış hədəfləri məhv etmək üçün yeni vasitələr hazırlayacaq.

Qeyd edək ki, ABŞ 1983-cü ildən bəri silahlanmada olan “B83-1” termonüvə meqaton bombasını 6 il əvvəl istismardan çıxarmaq planlarını açıqlayıb.

Bombanın maksimal gücü 1,2 meqaton trotildir. Bu Xirosimaya atılan bombadan yüz dəfə güclüdür. “B83” yeraltı bunkerləri məhv edə bilər. Bomba yerin 30 metr dərinliyinə gedir və bundan sonra partlayır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*