ABŞ-Fransa oxu Azərbaycanı QICIQLANDIRIR – Bakı bundan sonra da SƏRT OLACAQbackend

ABŞ-Fransa oxu Azərbaycanı QICIQLANDIRIR - Bakı bundan sonra da SƏRT OLACAQ

“Ermənistan-Azərbaycan tənzimlənməsi üzrə Amerika danışıqları  problemlərlə üzləşəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin aparıcı elmi işçisi Sergey Markedonov özünün “Bunin & Co Telegram” kanalında yazıb: “Çox güman ki, Ermənistan-Azərbaycan nizamlanması üzrə Amerika tərəfi müəyyən problemlərlə üzləşəcək. Noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü planlaşdırılıb.

Amma  danışıqlara 4 gün qalmış Bakıdan Azərbaycan tərəfinin görüşdən imtina etdiyi barədə məlumat gəldi. Müəyyən bir meyl formalaşır. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel görüşü, Qranadada Avropa siyasi birliyinin sammiti çərçivəsində Ermənistan-Azərbaycan danışıqları baş tutmayıb.

Deməli, bütün bu imtinaların ümumi motivi var. Oktyabrda prezident İlham Əliyev Fransanın ermənipərəst mövqeyindən təəssüfləndi. Noyabrda rəsmi Bakı bəyan etdi ki, ABŞ-ın tərəf saxlaması yanlışdır və bu, dövlətlərin vasitəçilik rolunu şübhə altına alır.

Söhbət ondan gedir ki, dövlət katibi Entoni Blinkenin köməkçisi Ceyms O’Brayen Konqresdəki son dinləmələrdə Vaşinqtonun Azərbaycana hərbi yardımını dayandırdığını, həmçinin bir sıra mühüm səfərləri ləğv etdiyini bəyan edib. Eyni zamanda Dövlət Departamentinin nümayəndəsi Amerika hakimiyyətinin bütün bu addımlarını Yerevanla Bakı arasında danışıqlarda irəliləyişin olmaması ilə izah edib.

O’Brayen onu da vurğulayıb ki, ABŞ hökuməti Bakıya Ermənistana münasibətdə sərt addımların qəbuledilməzliyi barədə xəbərdarlıq edib. Vaşinqton və Paris hazırda erməni tərəfini fəal şəkildə müdafiə edir. Qeyd edək ki, Ermənistan hakimiyyəti bu ritorikanı müsbət qarşılayır. Və hətta bunu Moskvadan aydın təkliflərin olmaması ilə izah edirlər.

Baxmayaraq ki, bu gün Ermənistanın təhlükəsizliyinə Rusiya Federasiyası cavabdehdir. Bu cür zəmanətlərin keyfiyyətini müzakirə etmək olar, amma Qərbdən bəyanatlardan başqa real mexanizmlər yoxdur.  Bu gün Azərbaycan qalib dövlətdir. Və o, kənar oyunçuların şərhləri ilə məhdudlaşmaq istəmir. Azərbaycan heç də Qərbin vasitəçiliyinə qarşı deyil. Azərbaycan bütün vasitəçilərin öz tənzimləmə variantını əsas götürməsində maraqlıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*