Qəbələdə 17,5 milyon kubmetrlik su anbarı tikilirbackend

Qəbələdə 17,5 milyon kubmetrlik su anbarı tikilir

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”ya uyğun olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qəbələ rayonunda Yengicə su anbarının tikintisi davam etdirilir.

KONKRET.az xəbər verir ki, 17,5 milyon kubmetr tutuma malik olacaq su anbarı rayon üzrə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin suvarma imkanlarını genişləndirəcək.

Layihənin həyata keçirilməsi bölgədə su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatının inkişafına töhfə verəcək. Yengicə su anbarının əsas göstəriciləri və yaradacağı imkanlar barədə daha ətraflı videomaterialda məlumat verilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*