Bakının Nərimanov rayonunda parklanmaya cəhd edən sürücü ağır qəza törədib.
KONKRET.az xəbər verir ki, hadisə Kazım Kazımzadə küçəsi 33/39 ünvanında baş verib.
Hyundai markalı maşının sahibi idarəetməni itirərək yol kənarında yerləşən “Saxsı” restoranına tərəf aşıb, nəticədə obyektə ciddi zərər dəyib.
Videogörüntüdən qəza törədən sürücünün maşını nömrə nişanı olmadan idarə etdiyi məlum olur.
Natiq Səlim
KONKRET.az
