Mbappe əfsanəvi Ronaldonu geridə qoydubackend

Mbappe əfsanəvi Ronaldonu geridə qoydu

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə keçirilən qarşılaşmada (5:1) dubl edərək əfsanəvi braziliyalı Ronaldo Nazarionun göstəricisini geridə qoyub.

Belə ki, Mbappe Madrid təmsilçisinin heyətində vurduğu qolların sayını 105-ə çatdırıb.

Ronaldo “Real”ın heyətində 177 oyunda 104 qol vurmuşdusa, fransalı futbolçu bu göstəricini cəmi 121 matçda üstələyib. Mbappe hazırda “Kral klubu”nun tarixinin ən yaxşı bombardirləri siyahısında 19-cu pillədə qərarlaşıb. Onun növbəti hədəfi 106 qolla 18-ci sırada yer alan Qaret Beyli geridə qoymaqdır.

Qeyd edək ki, 2024-cü ilin yayında PSJ-dən “Real”a keçən Mbappe cari mövsümdə 18 oyunda 19 qol vurub. Fransalı hücumçu Çempionlar Liqasının bu mövsümündə bütün beş turda fərqlənərək ümumilikdə 6 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*