ABŞ-ın Səhiyyə naziri İSTEFA VERDİbackend

ABŞ-ın Səhiyyə naziri İSTEFA VERDİ

ABŞ-ın səhiyyə naziri Aleks Azar istefa verib, lakin səlahiyyət müddəti bitənədək işləyəcək.

KONKRET.az bildirir ki, bu barədə “CNN” telekanalı xəbər verib.

Onun məlumatına görə, Azar bu qərarı yanvarın 6-dakı iğtişaşlar fonunda verib.

Azarın istefası rəmzi xarakter daşıyır və heç bir praktiki nəticə vermir, çünki o, yanvarın 20-dək səlahiyyətlərini icra edəcək. Kabinet ənənəvi olaraq səlahiyyət müddəti başa çatan Prezidentlə birlikdə istefaya gedəcək.

Daha əvvəl təhsil naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao, həmçinin daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Çed Vulf istefa verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*