ABŞ İrandan tələb etdi: Dərhal azad edinbackend

ABŞ İrandan tələb etdi: Dərhal azad edin

ABŞ İrandan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Oman körfəzində ələ keçirilən neft tankerini azad etməyi tələb edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, gəminin ələ keçirilməsi beynəlxalq hüquqa ziddir, regional təhlükəsizlik və sabitliyə xələl gətirir.

İRNA agentliyinin məlumatına görə, Marşal adaları bayrağı altında üzən naməlum tankerin saxlanılması İrandan gələn gəmi ilə toqquşmadan sonra baş verib.

Bildirilib ki, İran gəmisi ilə toqquşan tanker bir neçə iranlı dənizçinin ölümünə səbəb olub. Gəminin ABŞ-a məxsus yükləri daşıdığı qeyd edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*