Vaşinqton Ukraynaya silah tədarükü ilə bağlı tənqidlərin artması fonunda Kiyevə yardım haqqında məlumatların yer aldığı internet saytı açıb.
KONKRET.az xəbər verir ki, sayt ABŞ-ın Ukraynaya iqtisadi və humanitar yardımından da bəhs edir. Saytda Ukraynaya Nəzarət üzrə İdarələrarası İşçi Qrupu kimi tanınan ABŞ-ın 20 müşahidə agentliyinin işi haqqında məlumat yer alır.
Resursda həmçinin Kiyevə Amerika hərbi yardımının hər hansı sui-istifadəsi və ya israfı barədə məlumat vermək istəyənlər üçün əlaqə məlumatları var.
Burhan,
KONKRET.az
