ABŞ milyardları yenidən Ukraynada – ƏTRAFLIbackend

ABŞ milyardları yenidən Ukraynada - ƏTRAFLI

“Kiyevə daha 1,3 milyard dollar yardım ediləcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Dövlət Katibi Entoni Blinken Londonda Ukraynanın müharibədən sonrakı bərpasına dair beynəlxalq konfransda çıxışı zamanı deyib:

“Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün həmin pul Kiyevə veriləcək”, – deyə Blinken bildirib. Qeyd edilib ki, həmin vəsaitin 520 milyonu Ukraynanın enerji sisteminə, 657 milyonu sərhəd-keçid məntəqələrinin, limanların, dəmir yollarının və digər mühüm infrastrukturların təmiri və modernləşdirilməsi üçün nəzərdə tutulub.100 milyon dollar Ukraynanın gömrük xidmətinin rəqəmsallaşdırılmasına və digər proqramlara ayrılacaq. Ukrayna biznesinin maliyyələşdirilməsinə və sığortasına 35 milyon dollar nəzərdə tutulub.

Blinken bildirib ki,  Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonrakı dövürdə ABŞ-ın Ukraynaya ayırdığı vəsait 20 milyard dollardan çoxdur.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*