Qızılın son qiyməti açıqlandıbackend

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib.

KONKRET.az yenisabah-a istinadən  xəbər verir ki, hazırkı göstəricilərə əsasən, dünya birjalarında qızılın bir troya unsiyasının (31.1 qram) qiyməti 4 150 – 4 200 ABŞ dolları aralığında dəyişir.

Qlobal bazardakı bu dinamika ölkədaxili rəqəmlərdə də tam öz əksini tapıb. Belə ki, Azərbaycanın yerli zərgərlik bazarında qızılın 1 qramının satış qiyməti məmulatın əyarından və növündən asılı olaraq təxminən 160 – 220 manat arasında təklif olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*