ABŞ prezidentliyinə namizədin Rusiyanın dostu olduğu ÜZƏ ÇIXDIbackend

ABŞ prezidentliyinə namizədin Rusiyanın dostu olduğu ÜZƏ ÇIXDI

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, iş adamı Vivek Ramasvami 2024-cü ildə dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə, Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyacağına, sanksiyaları ləğv edəcəyinə və Kiyevin NATO-ya namizədliyinin qarşısını alacağına söz verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ramasvami Amerika Mühafizəkarlar jurnalında öz köşə yazısında qeyd edib.

O bildirib ki, yaxşı sövdələşmə bütün tərəflərin bundan müəyyən fayda əldə etməsini saxlayır

“Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətini qəbul edəcəyəm və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya üzvlüyünə mane olacağıma söz verirəm. Sanksiyaları dayandırıb Rusiyanı yenidən dünya bazarına qaytaracağam”, – Ramasvami öz köşə yazısında yazıb.

O qeyd edib ki, ABŞ-ın Çinə qarşı axmaq və səhv siyasəti Pekin və Moskvanı Vaşinqton üçün “təhdid yaradan istiqamətdə birgə işləməyə vadar edib.

“Mən 2025-ci ildə Moskvaya gedəcəm. Əhəmiyyət verməli olduğumuz yeganə şərtlərlə Ukraynaya sülh gətirəcəyəm. Eyni zamanda, bu şərtlər Amerikanın maraqlarını birinci yerə qoyacaq”, – deyə respublikaçı əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*