ABŞ Rusiya bombardmançılarını izlədiyini açıqladıbackend

ABŞ Rusiya bombardmançılarını izlədiyini açıqladı

ABŞ ordusu Rusiyanın “Tu-95” strateji bombardmançılarını son uçuşlar zamanı müşahidə edib.

KONKRET.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın Şimal Komandanlığı (NORTHCOM) və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəri general Qreqori Gilyo çıxış edib.

Onun sözlərinə görə, hadisə ötən həftə baş verib. Gilyo bildirib ki, Rusiya Farer-İslandiya adlanan sərhəddən keçərək iki “Ayı” bombardmançı təyyarəsini göndərib.

“Mən iki ildən artıqdır ki, belə uçuşa rast gəlmirəm”, – Gilyo vurğulayıb.

O əlavə edib ki, “Tu-95” Kanada və ABŞ-ın hava hücumundan müdafiə identifikasiya zonalarına daxil olmamışdan əvvəl istiqamətini dəyişib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*