ABŞ səmasında qəribə işıqlar görünüb – VİDEObackend

ABŞ səmasında qəribə işıqlar görünüb – VİDEO

ABŞ-ın qərb ştatlarının səmasında qəribə işıqlar qeydə alınıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qeyri-adi görüntülər barədə Sietl şəhər metereologiya xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə şahidlərinin çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları videoların təhlili nəticəsində ehtimal olunur ki, səmadakı işıqlar “SpaceX” şirkətinin “Falcon 9” raketinin ikinci pilləsinin atmosferdə yanan qalıqları ola bilər.

Qeyd edək ki, sözügedən işıqlar əhali arasında müəyyən təşvişə səbəb olub. Bəziləri onları digər aləmlərdən gələn işarətlərə bənzədiblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*