Əməkdar artist Ələkbər Əliyev səhhətində yaranan problemlərdən danışıb.
KONKRET.az xəbər verir ki, “Günə Uğurla” verilişinə qonaq olan aktyor insult olduğunu daha sonra isə onurğadan iki dəfə əməliyyat olunduğunu bildirib:
“Bir dəfə insult oldum, şəkər həmişə mənimlə dostdur, axıra qədər gedir. Sonra onurğadan iki dəfə əməliyyat olmuşam. Nə bilim, təzyiq də var… Həkimlər də əllərindən gələni edirlər.
İnsult olandan sonra müalicə almışdım. Elə bil ki, təmiz sağaldım. Sən demə ildə bir dəfə müalicə olunmalıyam.
Onurğadan yenidən əməliyyat olunmalıyam. Amma, çalışıram ki, bir daha əməliyyata getməyim. Əməliyyat mənim həyatda ən böyük səhvim oldu. Elə həkimlərimiz var ki, onu əməliyyatsız da müalicə edib sağalda bilirlər”.
Ətraflı videoda:
