İmam Xomeyni ilə bağlı SENSASİYA: İnqilab liderini Türkiyə və Bursa ilə nə bağlayıb?backend

İmam Xomeyni ilə bağlı SENSASİYA: İnqilab liderini Türkiyə və Bursa ilə nə bağlayıb?

1964-cü il noyabrın 4-də Ruhullah Xomeyninin Türkiyəyə sürgün edilməsi onun mühacirət dövrünün və sonradan baş verəcək İslam İnqilabının ilk mərhələsi sayılır.

KONKRET.az xəbər verir ki, məlumata görə, Xomeyni əvvəlcə Ankaraya gətirilib və qısa müddət burada qaldıqdan sonra Bursaya köçürülüb.

Onun Türkiyədə olmasından 57 il keçsə də, Ankara və Bursa sakinlərinin yaşlı nəsli Xomeynini hələ də xatırlayır. Bursadakı İmam Xomeyni Kitabxanası və Mədəniyyət Mərkəzinin nümayəndələri bildirirlər ki, onun əsərləri və fikirləri uzun illərdir türk dilində qorunur və yayımlanır.

Həmçinin qeyd olunur ki, Xomeyninin Türkiyədə 11 aylıq məcburi qalması ona dini-fiqhi baxışlarını toplamaq və kitab halına salmaq imkanı verib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*