ABŞ xüsusi təyinatlıları Suriyada türk hərbiçiləri tərəfindən atəşə tutuldu-KİVbackend

ABŞ xüsusi təyinatlıları Suriyada türk hərbiçiləri tərəfindən atəşə tutuldu-KİV

KONKRET.az Newsweek-ə istinadən xəbər verir ki, ABŞ xüsusi təyinatlıları Suriyada Barışıq Pinarı əməliyyatı əsnasında Türkiyə hərbçilərinin atəşinə tuş gəlib.
Pentaqondakı nəşrin mənbəyinə görə, ABŞ hərbiçiləri özünümüdafiə üçün cavab atəşinin olma ehtimalını nəzərdən keçirsə də, Türkiyə ordusu tərəfindən atəş kəslidikdən sonra bu fikirdən yayınıblar.

Ankaranın Amerika hərbi kontingentinin mövqelərindən xəbərdar olmasına baxmayaraq belə bir insidentin yaranması suallar doğurur. Yeri gəlmişkən, Kobani şəhərində (Ayn əl-Ərəb) atəşə tutulan ABŞ hərbçilərinin dəqiq sayı məlum deyil.
Öz növbəsində, Türkiyə Müdafiə Nazirliyi Amerika hərbi bazasının yaxınlığında kürdlərin atəşinə məruz qalmaması üçün bütün lazımi tədbirləri gördüklərini söyləyib.

Bir cavab yazın