Prezident maaşlarla bağlı FƏRMAN İMZALADIbackend

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.

Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

– vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;

– mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

  • 88
    Oktyabr 7, 2026 - 20:39

    bir ayimizi kesdiler ((((!!!

  • İlqar
    Oktyabr 7, 2026 - 22:36

    Salam Cənab Prezidentimiz İlham Əliyev adım İlqardı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində qalırıq kasıb insanam qazancım azdı 240 manat aliment verirəm xəstə yaşlı atam var ona hər ay 200 manatlıq dərman ev xərcləridə ayda 250 manat olur,şəraitsiz acınacaqlı vəziyyətdə 1 otaqlı evdə qalırıq xahiş edirəm mənə kömək edin,Dövlət işiylə təmin edin məni qazancım artsın maliyə durumum düzəlsin,Nəqliyyat üzrə Kollec bitirmişəm Diplomum var Naxçıvan MR Milli Ordunun XTQ Kəşfiyyat taborunda xidmət etmişəm,BC katiqoriyalı sürücülük vəsiqəm var 11 ildən çox sürücülük təcrübəm var,mənə kömək edəcəyinizə inanaraq yazdım Sizə Allah qorusun Sizi və Ailənizi Amin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*