Adam Kadırov ikinci dəfə “Çeçenistan Qəhrəmanı” oldubackend

Adam Kadırov ikinci dəfə "Çeçenistan Qəhrəmanı" oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun kiçik oğlu, 18 yaşlı Adam Kadırov iyunun 12-də — “Rusiya Günü” münasibətilə ikinci dəfə “Çeçenistan Respublikasının Qəhrəmanı” adına layiq görülüb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə fərmanı Çeçenistan Hökumətinin sədri Maqomed Daudov rəsmən elan edib. Ali ordeni və medalı gəncə atası Ramzan Kadırov şəxsən təqdim edib.

Rəsmi açıqlamada mükafatın təqdim edilmə bəhanəsi kimi Adam Kadırovun “dövlət qarşısındakı müstəsna xidmətləri, xalqına fədakar sevgisi, Ukraynadakı xüsusi hərbi əməliyyata (XHƏ) göstərdiyi hərtərəfli və məhsuldar dəstəyi, həmçinin Rusiya Günü bayramı” göstərilib.

Xatırladaq ki, respublika qanunvericiliyində bu adın eyni şəxsə neçə dəfə verilə biləcəyi barədə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bununla da kiçik Kadırov, elə atasının özü kimi, rəsmən “ikiqat Çeçenistan Qəhrəmanı” statusunu qazanıb. Adam Kadırov ilk dəfə bu adı 2023-cü ilin oktyabrında — 15 yaşında ikən, istintaq təcridxanasında Quran yandırdığına görə həbs edilən Nikita Juraveli döydüyü videogörüntülərin yayılmasından sonra almışdı.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*