AFFA futzal məşqçisinə ağır cəza veribbackend

AFFA futzal məşqçisinə ağır cəza verib

AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimovu cəzalandırıb.

“Report” xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.

Bu, onun 5 oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.

Həmin liqanın “Metropoliten” – “Dalğa” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5 hesablı texniki məğlubiyyət almasına yol açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*