AFFA rəsmisi: “Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq”backend

AFFA rəsmisi: “Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb:

“Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin”.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 4:0 hesabı ilə öndədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*