“ChatGPT” pulunuza da nəzarət edəcəkbackend

“ChatGPT” pulunuza da nəzarət edəcək

OpenAI tərəfindən hazırlanmış “ChatGPT” üçün yeni funksiya təqdim edilib. ABŞ-da istifadəyə verilən bu imkan sayəsində artıq istifadəçilər süni intellekti bank hesabları ilə əlaqələndirə biləcəklər.

KONKRET.az xəbər verir ki, hazırda yalnız ABŞ-da aktiv olan bu yenilik yalnız “Pro” abunəçilər üçün əlçatandır. İstifadəçilərin verdiyi icazələr əsasında “ChatGPT”
onların bank hesabları ilə bağlı sorğuları icra edə bilir.

Bu funksiyanın reallaşdırılması üçün “Plaid” ilə tərəfdaşlıq qurulub. Sistem American Express, Fidelity Investments və Chase Bank daxil olmaqla 12 mindən çox maliyyə qurumu ilə inteqrasiya imkanı yaradır.

Yeni imkan vasitəsilə istifadəçilər bank hesablarını əlaqələndirdikdən sonra maliyyə vəziyyətlərini izləyə, kredit kartı borclarını öyrənə və hətta investisiya ilə bağlı tövsiyələr ala bilərlər.

Bununla belə, mütəxəssislər bildirirlər ki, bu cür funksiyalar müəyyən təhlükəsizlik riskləri də yarada bilər. Xidmətin digər ölkələrdə istifadəyə verilib-verilməyəcəyi hələlik açıqlanmayıb və funksiyanın yalnız ABŞ-la məhdud qala biləcəyi istisna edilmir.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*