Ağabala Ramazanovun son durumu açıqlandı – YENİLƏNİBbackend

Ağabala Ramazanovun son durumu açıqlandı - YENİLƏNİB

Azərbaycan Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb. 

KONKRET.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:

“Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik”.

***

Klubun yaydığı məlumata görə, xəstəxanaya təxliyyə olunan  Ağabala Ramazanovun həyatı üçün təhlükəsi yoxdur. Futbolçu bir neçə gün həkim nəzarətində olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*