Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Ağsu rayon Ülgüc kənd sakini, 1964-cü il təvəllüdlü Kərimova Fəridə Ağarəhim qızını maşın vurub.
Nəticədə xəsarət alan qadın rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.//APA
