“Aİ Donbass üçün ölümə getməyəcək” – Borrellbackend

"Aİ Donbass üçün ölümə getməyəcək" - Borrell

“Avropa İttifaqı öz vətəndaşlarını Donbass uğrunda ölməyə göndərmək niyyətində deyil. Ona görə də insanları qorxutmağa ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Josep Borrell Fransa prezidenti Emmanuel Makronun Ukrayna ərazisinə hərbi personalın göndərilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

“Biz müharibənin qaçılmaz olduğunu deməklə insanları qorxutmamalıyıq. Ukraynaya dəstək ehtiyacı mütləqdir. Lakin söhbət Donbass uğrunda ölməkdən getmir, ukraynalılara kömək etməkdən gedir ki, onlar Donbass uğrunda öldürülməsinlər və ya Kiyev bombalanarkən ölməsinlər”, – deyə Borrell bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*