Aİ ukraynalılara sığınacaq verilməsi üçün xüsusi mexanizmin müddətini bir il uzatdıbackend

Aİ ukraynalılara sığınacaq verilməsi üçün xüsusi mexanizmin müddətini bir il uzatdı

Avropa İttifaqı Ukrayna vətəndaşlarına sığınacaq verilməsi üçün xüsusi mexanizmin müddətini 2025-ci ilin mart ayına qədər uzadıb.

KONKRET.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Hazırda Aİ-də yaşayan 4 milyondan çox ukraynalı qaçqının təhlükəsizliyini təmin etmək üçün Şura Ukraynadakı münaqişədən qaçan insanların müvəqqəti müdafiəsini 2024-cü il martın 4-dən 2025-ci il martın 4-dək uzatmaq barədə razılığa gəlib”, – bəyanatda deyilir.

Qeyd edilir ki, mexanizm Brüssel tərəfindən 4 mart 2022-ci ildə işə salınıb.

Xatırladaq ki, AB-nin fövqəladə vəziyyət mexanizmi kütləvi qaçqın axınının olduğu müstəsna hallarda işə salınır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*