Alman avtomobil nəhəngləri böhran içindəbackend

Alman avtomobil nəhəngləri böhran içində

Alman avtomobil sənayesi 2026-cı ildə rəqibləri ilə müqayisədə ən zəif nəticələrini nümayiş etdirib. Buna səbəb kimi gömrük rüsumları və tariflər, beynəlxalq münaqişələr, eləcə də texnoloji problemlər göstərilir.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Ernst & Young” (EY) tərəfindən hazırlanmış araşdırmaya istinadən məlumat yayıb.

EY-nin avtomobil sənayesi üzrə eksperti Konstantin Qall bildirib ki, Almaniyanın avtomobil sənayesi hazırda dərin struktur transformasiyası dövrünü yaşayır.

Onun sözlərinə görə, əsas problemlər sırasında ABŞ və Çin kimi mühüm bazarlarda mövqelərin zəifləməsi, baha başa gələn artıq istehsal gücləri, proqram təminatına yönələn yüksək investisiyalar və elektromobillərə keçidin gözləniləndən ləng getməsi yer alır.

EY-nin hesabatına əsasən, 2026-cı ilin birinci rübündə dünyanın ən böyük avtomobil konsernlərinin gəlirləri orta hesabla 2 faiz artıb. Bu dövrdə ən yaxşı nəticələri Yaponiya və ABŞ şirkətləri göstəriblər.

Eyni zamanda, Almaniya avtomobil istehsalçılarının gəlirləri 4 faiz azalıb.

EY ekspertləri hesab edirlər ki, Almaniya avtomobil sənayesində tənəzzül yaxın dövrdə də davam edə bilər və 2026-cı il sektor üçün növbəti böhran ili ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*