Almaniya ELAN ETDİ: “Müharibəyə hazırlaşmalıyıq”backend

Almaniya ELAN ETDİ: "Müharibəyə hazırlaşmalıyıq"

“Almaniya Rusiyaya qarşı müdafiə müharibəsi aparmağa məcbur ola bilər”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Bundesverin baş müfəttişi Karsten Breuer çıxış edib.

O, Rusiyanın yenidən silahlanmasından və Prezident Vladimir Putinin davranışından narahat olduğunu dilə gətirib.

“Biz “Bir gün müdafiə müharibəsi aparmalı olacağıq” fikri ilə barışmalıyıq”, – deyə baş müfəttişi əlavə edib.

Bundesverin Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın NATO-ya mümkün hücumunun öhdəsindən gələ biləcəyi ilə bağlı suala cavab verən Breuer, başqa seçimin olmadığını deyib.

“Bəli. Bizim alternativimiz yoxdur. Biz özümüzü qoruya bilərik, qoruyacağıq da”, – deyə Breuer vurğulayıb.

Breuer etiraf edib ki, Bundesver uzun illərdir beynəlxalq böhranın idarə edilməsinə yönəlib və müdafiə təchizatına o qədər də diqqət ayırmayıb.

“Tez və diqqətli qərarlar qəbul etməklə bunun öhdəsindən gəlmək olar”, – deyə Karsten Breuer fikrini yekunlaşdırıb.

Burhan,

KONKRET.az

  • Haller
    Dekabr 11, 2023 - 16:33

    Rusiya, butun dunyaya tehlukedir!

Haller üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*