Almaniya kansleri Olaf Şolts İordaniyaya səfərindən sonra martın 17-də İsrailə gedəcək.
KONKRET.az xəbər verir ki, bu, kanslerin oktyabrın 7-dən bəri İsrailə ikinci səfəridir.
Bununla belə, həmrəylik ifadə etmək məqsədi daşıyan əvvəlki səfərdən fərqli olacaq. Bu dəfə kansler, çox güman ki, sektora humanitar yardımın çatdırılmasına diqqət yetirəcək və İsrailin Rəfahda irəliləməsinin qarşısını almağa çalışacaq.
Burhan,
KONKRET.az
