Almaniyanın təhsil naziri Bettina Stark-Vatzinger müharibə vəziyyətində məktəblərdə mülki müdafiənin tədrisini təklif edib.
KONKRET.az xəbər verir ki, o, cəmiyyətin böhran və müharibələrə hazırlıqlı olmasını önə çəkib.
“Gənclər təhlükələrdən xəbərdar olmalı və onlarla mübarizə aparmağı bacarmalıdırlar. Bu, ayrıca məktəb fənni olmalıdır”, – deyə nazir bildirib.
Stark-Vatzinger Britaniya məktəblərində fəlakətlərin idarə edilməsi üzrə təlim verən oxşar təcrübələri xatırladıb.
Burhan,
KONKRET.az
