Almaniya federal hökuməti nə Qarabağın “müstəqilliyini”, nə də orada bu yaxınlarda keçirilən “seçkiləri” tanımır.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunub ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistan və Azərbaycan arasında münaqişənin hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında uzunmüddətli həllinə nail olmaq səylərini dəstəkləyir.
Burhan,
KONKRET.az