Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlandıbackend

Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlandı

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.

Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*