Almaniya Xarici İşlər Nazirliyi İranda olan vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, xəbərdarlıqda İran və İsrail arasında mövcud gərginliyin ani şəkildə şiddətlənəcəyi riski olduğu bildirilib.
Xatırladaq ki, son günlər İsrail-İran münasibətləri xeyli gərginləşib. Artıq İran tərəfi Təl-Əvivdən intiqam alacağı ilə bağlı hədələrini mütamadi bəyan edir.
