AMEA-dan Misir Mərdanova CAVABbackend

AMEA-dan Misir Mərdanova CAVAB

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb:

Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, mühafizə dövlət tərəfindən ayrılıb: “Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır”.

Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edilib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstruksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.

 

Həmçinin oxuyun:

“Ramiz Mehdiyev AMEA-ya silahlı mühafizəçilərlə gəlir” – Misir Mərdanov

 

  • yusif
    Fevral 9, 2022 - 17:46

    bu dəhşət və rüsvayçılıqdır…dünyanın heç yerində dövlət akademiya prezidentinə mühafizə və bu işə büdcə ayırmır….o bəyəm mafiyaya qarşı vuruşan dövlət qurumu rəhbəridir….rusllar demiş bespredel i marazm…

yusif üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*