Amerika Türkiyənin pulunu GERİ QAYTARIRbackend

Amerika Türkiyənin pulunu GERİ QAYTARIR

Amerika qırıcı alınması üçün verilən pulu Türkiyəyə qaytaracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyyət” qəzetinə müsahibəsində bildirib.

O, F-35 qırıcılarının alınması üçün amerikalılara ödənilən pulun ölkəyə qaytarılacağını bildirib.

“F-35 üçün pul verdik, vəsait yatırdıq, indi pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu”, – deyə Çavuşoğlu bildirib.

Bundan əvvəl ABŞ Türkiyəni F-35 beşinci nəsil qırıcıların tədarükü proqramından çıxarması barədə xəbərdar etmişdi. Bu qərara səbəb Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasıdır. Prezident Rəcəb Tayyib Ərdoğanın daha sonra dediyi kimi, amerikalılar türklərə dördüncü nəsil F-16 qırıcıları almağı təklif ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*