Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib – YENİLƏNİBbackend

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib - YENİLƏNİB

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

KONKRET.az xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.

Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxslərə növbəti qurultayda uğurlar arzulayıb.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.

***

15:27

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

KONKRET.az xəbər verir ki, qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*