Andrey Piontkovski: “İran ətrafında Azərbaycan, Türkiyə və İsraildən ibarət blok yaradılıb”backend

Andrey Piontkovski: "İran ətrafında Azərbaycan, Türkiyə və İsraildən ibarət blok yaradılıb"

Rusiyalı siyasi xadim Andrey Piontkovski bildirib ki, İran ətrafında tektonik proseslər gedir.

KONKRET.az xəbər verir ki, Piontkovskinin fikrincə, İran ətrafında Azərbaycan, Türkiyə və İsraildən ibarət blok yaradılıb.

Əlbəttə ki, rus təbliğat maşını belə əsassız informasiyalarla İranın başsız siyasi addımlarına bəraət qazandırmağa çalışır. Çünki Ukraynadakı savaşda İran dronları Rusiyanın işinə yarayıb.

Piontkovskinin fikrinin davamı şablon xarakterli idi: İran İsrailə nüvə zərbəsi endirməyə hazırlaşır, İsrail isə İranın atom potensialını məhv etmək istəyir.

Amma Andrey Piontkovski İranın parçalanmasını şərtləndirən iki mühüm nüansa da diqqət çəkə bilib:

“1.İran hələ də etirazlar içindədir.
2.Bu ölkənin şimal hissəsinin əhalisi azərbaycanlılardır. İran Azərbaycanı deyilən ərazidə yaşayanlar İran əhalisinin yarısı qədərdir”.

Sonda qeyd edək ki, Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünə hörmət edir. Amma İran ermənipərəstliyi əndazədən çıxdıqca, bu artıq suverenliyimizə təhdidə çevrilir. Ərazi bütövlüyümüzü pozanların aqibətinin ağır olduğunu isə Tehranın Tiqran törəmələri yaxşı bilir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*