Alimlər müəyyən ediblər ki, Qərbi Antarktidadakı Payn Aylend buzlağı geri dönüşü olmayan nöqtəni keçib. Bu isə o deməkdir ki, buzlaq əhəmiyyətli dərəcədə əriyir.
KONKRET.az xəbər verir ki, bununla bağlı nəticələr “Nature Climate Change” jurnalında dərc olunub.
Northumbria Universiteti və Bangor Universitetinin tədqiqatçıları peyk müşahidələrindən sonra təsdiq ediblər ki, buzlaq 1940-1970-ci illər arasında çox sürətlə əriyib və nəticədə bir neçə onilliklər ərzində əhəmiyyətli buz itkisi olub.
Sürətlənmiş kütlə itkisi fazası hələlik dayansa da, 1970-ci illərin əvvəllərində buzlaq o həddə qədər balacalaşıbki, daha soyuq şərtlərdə belə ilkin kütləsini bərpa edə bilməyib.
Alimlər həmçinin müəyyən ediblər ki, qlobal istiləşmə müəyyən hədlərdə saxlanılmasa, buzlaq yenidə n sürətlə geri çəkilmə dövrlərinə girəcək.
Natiq Səlim,
KONKRET.az
