“Neftçi” kapitanlarla bağlı qərar verdibackend

"Neftçi" kapitanlarla bağlı qərar verdi

“Neftçi” klubu heyətini qorumaq istiqamətində növbəti addımını atıb.

KONKRET.az xəbər verir ki, paytaxt təmsilçisi kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətini uzadıb.

Emin Mahmudovla 1+1 illik yeni müqavilə imzalanıb. 2017/18 mövsümündən “ağ-qaralar”ın formasını geyinən təcrübəli yarımmüdafiəçi “Neftçi”nin heyətində keçirdiyi 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb və 72 qol vurmağı bacarıb.

Emil Balayevlə isə 2 illik yeni anlaşma əldə olunub. Klubun yetirməsi olan qapıçı indiyədək “Neftçi”də 25 rəsmi oyun keçirib.

Qeyd edək ki, hər iki futbolçu komandanın liderləri hesab olunur və onların komandada qalması “Neftçi”nin yeni mövsüm üçün heyətini stabil saxlamaq planının bir hissəsidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*