Qalatasarayın nigeriyalı ulduz hücumçusu Viktor Osimhen Avropa nəhənglərinin transfer siyahısında ilk sıralarda yer almağa davam edir. “Manchester United” klubunun baş məşqçisi Maykl Karrik hücum xəttini gücləndirmək üçün Osimhenin transferini xüsusilə tələb edir.
KONKRET.az xəbər verir ki, Maykl Karrikin rəhbərliyi altında komanda hücum gücünü artırmaq istəyir və siyahının başında məhz Victor Osimhen durur.
2029-cu ilə qədər müqaviləsi olan 27 yaşlı futbolçu üçün Qalatasaray rəhbərliyi 150 milyon avro civarında transfer haqqı tələb edir.
Osimhen Qalatasaray forması ilə çıxdığı 33 rəsmi matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Osimhen mövsümün əvvəlində 75 milyon avro qarşılığında Qalatasaray heyətinə qatılmışdı. İndi isə klubun bu transferdən ikiqat qazanc əldə edib-etməyəcəyi maraqla gözlənilir.\\milli.az
