İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqları tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinin üzvlərindən biri bildirib ki, Livandakı hərbi əməliyyatlar dayandırılmayana qədər dialoq bərpa olunmayacaq.
* Tramp danışıqlar fonunda İranı daha güclü zərbə ilə hədələdi – FOTO
* İran nümayəndə heyəti Trampın təhdidlərinə görə ABŞ-yə etiraz edib
Xatırladaq ki, daha əvvəl İran nümayəndə heyətinin ABŞ tərəfinə Donald Trampın İrana qarşı yeni zərbələr endirilə biləcəyi ilə bağlı bəyanatlarına etirazını çatdırdığı bildirilmişdi.
Həmçinin qeyd olunurdu ki, Tehran ABŞ liderinin açıqlamalarına cavab olaraq müxtəlif addım variantlarını nəzərdən keçirir.
