Antimüsəlman əhval-ruhiyyəsi ilə tanınan deputatın ofisində axtarış aparıldıbackend

Antimüsəlman əhval-ruhiyyəsi ilə tanınan deputatın ofisində axtarış aparıldı

Antimüsəlman əhval-ruhiyyəsi ilə tanınan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasından olan siyasətçi Maksimilian Kraxın Brüsseldə Avropa Parlamentindəki ofisində axtarış aparılıb.

KONKRET.az xəbər verir ki, buna səbəb onun işçisi Jianın həbsi ilə əlaqədardır. Qeyd edək ki, o, Çinin xeyrinə casusluqda şübhəli bilinir.

AfD siyasətçisi Krax daha əvvəl mətbuata verdiyi açıqlamada işçisinin iddia edilən casusluq fəaliyyətindən xəbəri olmadığını iddia etmişdi.

Qeyd edək ki, 2019-cu ildən bəri millət vəkili Kraxla işləyən Jian G Çin xüsusi xidmətinə casusluqda ittiham edilib və 2 həftə əvvəl həbs edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*